Azərbaycanlı futbolçunun klubu "Qalatasaray"a məğlub oldu

19:30 - 06 Fevral 2025

Azərbaycanlı futbolçunun klubu \"Qalatasaray\"a məğlub oldu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunun matçında "Qalatasaray"a 1:4 hesabı ilə məğlub olub.

 

Manset.az xəbər verir ki, C qrupunun II turunun qarşılaşmasında hesabı Vüsal İsgəndərli açıb.

11-ci dəqiqədə adını tabloya yazdıran oyunçu komandasını hesabda irəli çıxarıb. Bununla belə Bolu təmsilçisi qələbə hesabını qoruya bilməyib.

"Sarı-qırmızılar"ın heyətində müvafiq olaraq fərqlənən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) "Qalatasaray"ın qələbəsində pay sahibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv