"Qarabağ" reytinqdə 10 pillə irəlilədi

15:13 - 11 May 2025

\"Qarabağ\" reytinqdə 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.


Manset.az xəbər verir ki, Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.

"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.

"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real" (490 xal) başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv