"Hamburq" futbol klubunun qələbəsi şərəfinə Almaniyanın eyniadlı şəhərində keçirilən mərasimlər zamanı 44 azarkeşə tibbi yardım göstərilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bir nəfər həyatı üçün təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 19 futbol azarkeşi ağır, 5 nəfər isə yüngül xəsarətlərlə yaxınlıqdakı klinikalara müraciət edib.
Bildirilir ki, tamaşaçılar tribunalardan meydançaya tullanıblar. Bundan əlavə, bəziləri matçdan sonra baş verən dava-dalaş nəticəsində xəsarət alıb.
Xatırladaq ki, ötən gün "Hamburq" "Ulm" klubu ilə oyunda 6:1 hesabı ilə qalib gəlib və Bundesliqaya vəsiqə qazanıb.