Şəhid bacısı Dünya üçüncüsü oldu - FOTOLAR

16:22 - 13 May 2025

Şəhid bacısı Dünya üçüncüsü oldu - FOTOLAR

Almaniyanın Leipzig Şəhərində Keçirilən Kyokuşin Karate üzrə Dünya Çempionatında Zeynallı Solmaz Dünya üçüncüsü oldu.


Manset.az-ın məlumatına görə, Solmaz Zeynallı Vətən müharibəsi şəhidi, kapitan Tural Zeynalovun bacısıdır.

İdmançımız turnirdə üç döyüş keçirib. O, ilk qarşılaşmada Qazaxıstan, ikinci döyüşdə Polşa, üçüncü – yarımfinal mərhələsində isə İsveç təmsilçisinə qarşı mübarizə aparıb.

Qeyd edək ki, təmsilçilərimiz Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az