Türkiyə Superliqasının nəhəng klublarından olan "Fənərbağça"da baş məşqçi məsələsi gündəmdə qalmaqda davam edir.
Manset.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı məşqçiJoze Mourinyo karyerası ilə bağlı yekun qərar vermək mərhələsindədir.
Mourinyo cari mövsüm ərzində Türkiyə liqasının təşkilatçılığı ilə bağlı tez-tez narazılığını bildirsə də, çempionluq şansları hələ davam etdiyi dövrdə xaricdən gələn təklifləri geri çevirmişdi. Lakin komanda hədəfinə çata bilmədikdən sonra təcrübəli mütəxəssis yeni alternativləri nəzərdən keçirməyə başlayıb.
Klub daxilində rəhbərliyin gələcəyi ilə bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi Mourinyonun qərarını daha da çətinləşdirib. Onun Avropa və Səudiyyə Ərəbistanından təkliflər aldığı bildirilir.
Qeyd olunur ki, "Fənərbağça" prezidenti Ali Koç Mourinyo ilə yola davam etmək niyyətində olsa da, məşqçi ayrılmaq istədiyi təqdirdə qarşısını almayacaq.