Məşhur futbolçunun son durumu açıqlandı

16:09 - 14 May 2025

Məşhur futbolçunun son durumu açıqlandı

Türkiyənin tanınmış klubu "Fənərbağça"nın təcrübəli futbolçusu Mert Hakan Yandaş nadir rast gəlinən infeksiyaya yoluxub. Futbolçunun milyon nəfərdə bir baş verə biləcək xəstəliyə tutulduğu bildirilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir xəstəxanada müalicə alan yarımmüdafiəçi vəziyyətindən çıxış yolu tapmaq üçün bütün üsulları sınayıb. Lakin tətbiq olunan müalicələr nəticə vermədiyindən futbolçu əməliyyat olunub.

Klubdan verilən məlumata görə, futbolçu artıq tam sağalıb və vəziyyəti stabildir.

Məsələ ilə bağlı nəşrinə danışan klubdakı mənbə bildirib ki, infeksiya adi bir iynə vurulmasından sonra yaranıb:
"Futbolçuya adi bir iynə vurulduqdan sonra həmin nahiyədə asanlıqla izah edilə bilməyən bir infeksiya müşahidə olundu. Bu, olduqca nadir rast gəlinən bir haldır."

Xatırladaq ki, Mert Hakan Yandaş bir müddətdir komandasının heyətindən kənarda qalmışdı. Onun bərpa prosesindən sonra nə vaxt meydana qayıdacağı yaxın günlərdə bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv