İslandiya - Azərbaycan matçı harada keçiriləcək? 

20:29 - 14 May 2025

İslandiya - Azərbaycan matçı harada keçiriləcək? 

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının məkanı müəyyənləşib.


Manset.az UEFA-ya istinadən xəbər verir ki, matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq. 

İslandiyanın ən böyük stadionu olan bu arenanın 15 min tamaşaçı tutumu var.

Qeyd edək ki, bu gün AFFA seçmə mərhələnin Azərbaycan - Ukrayna matçının sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini açıqlayıb.

Milli komandamızın qrupdakı digər rəqibi Fransaya qarşı oyunlarının, eləcə də Ukrayna ilə səfər, İslandiya ilə evdəki matçlarının məkanları isə hələ təsdiqlənməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv