"Bayer Leverkuzen"də baş məşqçi Xabi Alonsonun ayrılığından sonra yaranan qeyri-müəyyənlik fonunda komandanın aparıcı futbolçularından biri olan Florian Wirtz-in də gələcəyi sual altındadır.
Manset.az-ın əldə etdiyi məlumata görə, Almaniya təmsilçisinin istedadlı yarımmüdafiəçisi ilə maraqlanan "Liverpul" Wirtz üçün ilk təklifindən sonra yeni bir addım atıb. İngiltərə nəhəngi futbolçuya görə bonuslarla birlikdə ümumilikdə 130 milyon avro dəyərində ikinci rəsmi təklifini təqdim edib.
Florian Wirtz-in "Liverpul"a keçmək arzusunda olduğu bildirilir. Bu səbəbdən "Bayer Leverkuzen" rəhbərliyi də danışıqları "nə əldə edə bilərəmsə, qazancdır" prinsipi ilə davam etdirir.
Transferin yaxın günlərdə yekunlaşacağı gözlənilir.