PSJ "Real"ın futbolçusunu heyətinə qatmaq istəyir

17:32 - 07 İyul 2025

PSJ \"Real\"ın futbolçusunu heyətinə qatmaq istəyir

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Rodriqonu heyətinə cəlb etmək istəyir.


Manset.az Report.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi artıq mümkün transferlə bağlı ilkin addımlar atıb.

Ölkə çempionu 24 yaşlı vingerin agentləri ilə əlaqə saxlayıb. Daha əvvəl Madrid klubunun oyunçunu satmağa hazır olduğu yazılıb.

Qeyd edək ki, Rodriqo 2024/2025 mövsümündə "Real"da 51 oyunda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az