"Qalatasaray" Osimhen üçün geri dönür – Yeni təklif hazırlanır

08:53 - 08 İyul 2025

\"Qalatasaray\" Osimhen üçün geri dönür – Yeni təklif hazırlanır
"Qalatasaray" nigeriyalı ulduz hücumçu Viktor Osimheni transfer etmək üçün səylərini davam etdirir.


Manset.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsümü icarə əsasında komandada çıxış edən Osimheni bu dəfə birdəfəlik heyətinə qatmaq niyyətindədir. Lakin transfer prosesi asan olmur.

İtalyan jurnalist Fabrizio Romanonun məlumatına görə, "sarı-qırmızılılar" 24 yaşlı forvard üçün "Napoli"yə 50+5 və daha sonra 60 milyon avro məbləğində təkliflər irəli sürsə də, hər iki təklif rədd edilib.

Məlumata əsasən, "Cimbom" futbolçu ilə artıq 2028-ci ilin iyun ayına qədər razılıq əldə edib. Lakin hələ də "Napoli" ilə yekun razılıq əldə olunmayıb. Neapol klubu daha yüksək transfer haqqı və ödəmə şərtləri tələb edir.

Hazırda tərəflər arasında danışıqlar intensiv şəkildə davam edir. "Qalatasaray" yaxın günlərdə yeni və təkmilləşdirilmiş təkliflə "Napoli"nin qapısını döyməyə hazırlaşır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az