“Barselona” ilə vida matçına hazır olduğunu təsdiqlədi

17:19 - 12 İyul 2025

“Barselona” ilə vida matçına hazır olduğunu təsdiqlədi

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Barselona” ilə vida matçına hazır olduğunu təsdiqləyib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.

Messinin vida matçının 2026/2027 mövsümündə kataloniyalıların ev stadionu olan Kamp Nouda keçiriləcəyi gözlənilir. Matçın tarixi və ya iştirakçıların tərkibi ilə bağlı hələlik başqa məlumat yoxdur.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Hücumçu klubla birlikdə on qat İspaniya çempionu, yeddiqat İspaniya kubokunun, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub. Ümumilikdə, o, kataloniyalıların heyətində bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub. Bundan əlavə, Messi 8 dəfə “Qızıl top”un qalibi seçilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az