PSJ bir futbol təqvimində indiyədək qırılmamış rekorda imza atmağa real namizəddir.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, klub tarixində bir təqvim ilində (mövsümdə deyil) altı kubok qazanan iki klub var.
Bunlar İspaniya nəhəngi "Barselona" (2009-cu il) ilə, Almaniya nəhəngi "Bavariya"dır (2020).
Belə ki, PSJ isə futbol tarixində bir təqvim ilini altı yox, yeddi kubokla tamamlayan ilk klub ola bilər.
PSJ (2025): Fransa Liqası, Fransa Kuboku, Fransa Superkuboku, UEFA Çempionlar Liqası, Klublararası Dünya Çempionatı (finaldadır), UEFA Superkuboku ("Tottenhem"lə qarşılaşacaq), FIFA Qitələrarası Kubok.