Səudiyyə Ərəbistanının Pro Liqa komandası Al-Okhdood Türkiyənin "Göztepe" klubunda çıxış edən Koray Günter ilə 1 illik müqavilə bağlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, ötən mövsümü "Göztepe" klubunda keçirən 30 yaşlı təcrübəli müdafiəçi, ümumilikdə 30 oyunda iştirak edib və 2 qol vurub.
Koray Günter yeni komandasında ildə 3 milyon avro maaş alacaq.