Osimhenin transferi niyə gecikir? - SƏBƏB

11:44 - 25 İyul 2025

Osimhenin transferi niyə gecikir? - SƏBƏB

Türkiyənin "Qalatasaray" klubu, Viktor Osimhenin transferini hələ rəsmi olaraq açıqlamayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, "Napoli" ilə prinsipial razılığa gələn və nigeriyalı hücumçu ilə əl sıxan sarı-qırmızılılar, bəzi prosedur maneələri ilə qarşılaşıb.

Məlumata görə, əsas problem Banklar Assosiasiyası müqaviləsindən geri çəkilməsidir. Napolinin tələb etdiyi bank zəmanətinin yerinə yetirilməməsi səbəbindən, Qalatasaray 40 milyon avroluq ilkin ödənişi etsə də, Osimhenin imzası hələ alınmayıb.

Klub, transferi 48 saat ərzində rəsmən tamamlamayı planlaşdırır. Qalatasaray, qalan 35 milyon avronu isə bank zəmanəti ilə iki hissəyə ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az