"Qalatasaray" Avropa futbol bazarını sarsıdacaq böyük transferə imza atmağa yaxınlaşır.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen tezliklə "Qalatasaray"ın futbolçusu olacaq.
Hazırda "Qalatasaray" və "Napoli" arasında danışıqların son mərhələsi davam edir. Hər iki klub arasında razılaşdırılan transfer paketi olduqca diqqət çəkir. Belə ki, transferin şərtləri aşağıdakı kimi olacaq:
-
40 milyon avro ilkin ödəniş
-
35 milyon avro taksit ödənişi 2026-cı ilə qədər
-
2 milyon avro performansa əsaslanan bonus
-
Gələcək mümkün satışlardan 10% mənfəət payı
Bu transfer, "Qalatasaray"ın tarixindəki ən bahalı transferlərdən biri olacaq və Super Liqada son illərin ən sensasiyalı transferi kimi yaddaşlarda qalacaq.
Müqavilənin imzalanması və transferin rəsmi elan edilməsi an məsələsidir. "Qalatasaray" hazırda müqavilənin son texniki detalları üzərində işləyir və yaxın saatlarda rəsmi açıqlamanın edilməsi gözlənilir.