“Turan Tovuz” yeni transfer həyata keçirib.
Manset.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Məlumata görə, son olaraq “UFA”da (Rusiya) çıxış etmiş 201 sm boya malik qapıçı Oleq Baklovla müqavilə imzalanıb.
O, Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. Tacikistan millisinin üzvü olan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə bağalanılıb.
Xatırladaq ki, Tovuz təmsilçisi bu yay transfer dövründə David Oliveyra Tavareş, Abdulla Rzayev və Roberto Olabeni də heyətinə qatıb.