“Şamaxı” böyük hesabla qalib gəldi

22:54 - 26 İyul 2025

“Şamaxı” böyük hesabla qalib gəldi

Bu gün “Kəpəz” və “Şamaxı” arasında yoxlama oyunu keçirilib.


Manset.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş “Şamaxı”nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

“Kəpəz” bunadək “Qəbələ” ilə yoxlama oyununda uduzub – 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

“Şamaxı”nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az