Liverpul "hə" dedi -75 milyon avroluq təklif

11:49 - 28 İyul 2025

Liverpul \"hə\" dedi -75 milyon avroluq təklif

"Bavariya", "Liverpul"un kolumbiyalı ulduzu Luis Diazı 75 milyon avroya (bonuslar daxil) transfer etmək üçün razılığa gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, müqavilə yaxın vaxtlarda rəsmiləşəcək və Diaz ayrılmaq istədiyini bildirib.

Əvvəl "Liverpul" 67,5 milyon avro təklifi rədd etmişdi, amma "Bavariya" təklifi 75 milyon avroya çatdırıb. Luis Diazın yeni müqaviləsi 2029-cu ilə qədər olacaq və Almaniyada illik təxminən 14 milyon avro maaş alacaq.

"Bavariya" sol cinahda yaşanan boşluğu doldurmaq üçün Diazı seçib. "Barselona"nın marağı olsa da, alman klubu sürətlə hərəkət edib. Diazın yaxın günlərdə Münhenə tibbi müayinədən keçməsi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az