"Yuventus" "Fənərbaxçadan" 40 milyon avro istəyir

15:09 - 28 İyul 2025

\"Yuventus\" \"Fənərbaxçadan\" 40 milyon avro istəyir

"Fənərbaxça", "Yuventus"da Duqlas Luizin transferi ilə maraqlanır.


Manset.az türk mediasına istinadən xəbər verir ki, İtaliya klubu, braziliyalı futbolçu üçün 40 milyon avro tələb edir. Ötən mövsüm "Yuventus"da yalnız 25 oyuna çıxan Luiz, gözləntiləri doğrultmayıb və klubla münasibətləri pisləşib.

Joze Mourinyo, "Roma" ilə Luizin transferini müzakirə edir, amma "Yuventus" futbolçusunu ucuz satmaq istəmir. Həmçinin, "Yuventus"un Amrabatı da transfer etmək istədiyi bildirilir. İki futbolçunun qarşılıqlı şəkildə dəyişdirilməsi ehtimalı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az