"Qalatasaray", "Napoli" ilə 40 milyon avro və 35 milyon avro taksitlə anlaşaraq, nigeriyalı ulduz Viktor Osimheni çərşənbə günü İstanbula gətirəcək.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hücumçu üçün imza mərasimi, avqustun 2-də "Latsio" ilə yoldaşlıq matçından əvvəl keçiriləcək.
Osimhen, bu mərasimdə "Qalatasaray"ın tarixindəki ən bahalı transfer olaraq təqdim ediləcək.
Matçın biletləri iyulun 29-da satışa çıxarılacaq və ən ucuz bilet 1300 lirəyə (təxminən 54 manat) təklif olunacaq.