Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu, “Mançester Yunayted”in futbolçusu Entoni ilə maraqlanır.
Manset.az xəbər verir ki, bu barədə “Footmercato” xəbər yayıb.
Məlumata görə, ingilis klubunun futbolçusu ilə olan müqavilə 2027-ci ilə qədər davam edir.
Səudiyyə klubu artıq “Mançester Yunayted”ə rəsmi təklif göndərib. Lakin transferin məbləği hələ açıqlanmayıb. Bununla yanaşı, qeyd edilir ki, “Mançester Yunayted” bu transferdən 60 milyon avro qazanmağı gözləyir. Halbuki, Entoninin bazar dəyəri 35 milyon avro civarındadır.