"Qəbələ"də növbəti transfer

00:30 - 12 Avqust 2025

\"Qəbələ\"də növbəti transfer

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Qəbələ" növbəti transferini gerçəkləşdirib.


Manset.az bu barədə kluba istinadən xəbər verir.

"Qırmızı-qaralar" nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya Premyer Liqasında "Kanemi Uorriorz" komandasının formasını geyinib. Salihu, həmçinin Nigeriya U20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Xayme Syerra, Prins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az