Qış transfer dönəmində Kolumbiyanın "La Equidad" klubundan 1,94 milyon avroya (Təxminən 3 milyon 589 min azn) transfer edilən Elan Rikardo, heç bir rəsmi oyunda forma geymədən "Beşiktaş"dan ayrılır.
Manset.az-ın məlumatına görə, 21 yaşlı kolumbiyalı yarımmüdafiəçi, mövsüm sonuna qədər Braziliyanın "Athletico Paranaense" klubuna icarəyə verilib.
Elan Ricardo "La Equidad" forması ilə 49 oyuna çıxaraq 9 qol və 3 assistlə yadda qalmışdı.