"Sabah" mübarizəni dayandırdı - YENİLƏNİB

22:04 - 14 Avqust 2025

\"Sabah\" mübarizəni dayandırdı - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.


Manset.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.

***

21:49

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

85-ci dəqiqədə Mazire Soula ev sahiblərini oyuna növbəti dəfə mərkəzdən başlamağa məcbur edib.

***

21:06

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda 1:0 hesabı ilə öndədirlər.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***

20:53

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar fasiləyə üstün yollanıblar - 1:0.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***

20:44

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda irəli çıxıblar.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***

20:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyunu start götürüb.


Manset.az xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.

Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az