İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut" Almaniyanın "Bayer Leverkuzen" klubunun mərakeşli sol cinah müdafiəçisi Amine Adlini heyətinə qatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Yeni transferi ilə bağlı açıqlama verən Adli, "Bornmut" kimi böyük bir klubda oynamaqdan qürur duyduğunu bildirib. O, "Buradakı insanlar mənə böyük güvən verir və imkanlardan çox təsirlənirəm. Klubda insanlar çox sevgi doludur, ona görə də 'Bornmut'da oynamaqdan çox xoşbəxtəm və qürur duyuram. Ümid edirəm ki, böyük nailiyyətlər qazanaram," – deyə qeyd edib.
Bundan əvvəl "Bayer Leverkuzen"də oynayan Amine Adli, Bundesliqada, Almaniya kuboku və Almaniya Superkubokunu qazanan futbolçudur. O, Mərakeş milli komandasında da 15 oyun keçirib və 1 qol vurub.