İtaliya klubu “Mançester Yunayted”in hücumçusunu istəyir

16:44 - 23 Avqust 2025

İtaliya klubu “Mançester Yunayted”in hücumçusunu istəyir

İtaliya təmsilçisi “Napoli” hücumçu Rasmus Heylunnun transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlar aparır.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

22 yaşlı futbolçunun agenti ilə müqavilənin şərtləri və uzunmüddətli planlarla bağlı müsbət danışıqlar aparılıb. “Qırmızı şeytanlar” norveçli oyunçu ilə yollarını ayırmağa hazırdır.

Heylunnun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az