Məşhur futbolçu baş məşqçi təyin olundu

23:28 - 25 Avqust 2025

Məşhur futbolçu baş məşqçi təyin olundu

Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeydanın yeni iş yeri məlum olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Türkiyənin 1-ci liqa təmsilçisi “Hatayspor”a baş məşqçi təyin edilib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları hələlik açıqlanmayıb.

Bu, Almeydanın baş məşqçi kimi ilk işi olacaq. 

Qeyd edək ki, Uqo Almeyda futbolçu karyerasında “Portu”, “Beşiktaş”, “Hannover” kimi klublarda çıxış edib. O, Portuqaliya yığmasında 57 oyunda 19 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az