"Qalatasaray" və "Monako" razılaşdı - Transfer detalları açıqlandı

11:27 - 26 Avqust 2025

\"Qalatasaray\" və \"Monako\" razılaşdı - Transfer detalları açıqlandı

Türkiyə Superliqasında mübarizə aparan "Qalatasaray" futbol klubunun bir müddətdir yekunlaşdırmağa çalışdığı transferdə sona çatdığı bildirilib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" Fransanın "Monako" klubu ilə razılığa gələrək, mərkəz müdafiəçisi Vilfrid Sinqo ilə müqavilə imzalayıb.

Transferin təfərrüatlarına görə, 24 yaşlı Sinqo üçün "Qalatasaray"ın "Monako"ya 30 milyon avro ödəyəcəyi açıqlanıb. Həmçinin, müqavilədə 5 milyon avroluq bonuslar da yer alır. Bazar dəyəri 25 milyon avro olan 1,90 m boyunda olan müdafiəçinin yeni klubunda böyük bir gələcək vəd etdiyi düşünülür.

Vilfrid Sinqo, "Monako" ilə 60 oyunda iştirak edib, bu matçlarda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Bununla yanaşı, 12 sarı vərəqə və bir qırmızı vərəqə ilə də yadda qalıb. Təcrübəli futbolçu, “Qalatasaray”ın müdafiə xəttində böyük güc qatması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az