Türkiyənin “Fənərbaxça” klubu yeni transferini rəsmiləşdirib.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Marko Asensio ilə anlaşıb.
“Fənərbaxça” PSJ-dən transfer etdiyi 29 yaşlı ispaniyalı ilə 3+1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi PSJ-dən öncə “Aston Villa”da, daha əvvəlində isə Madrid “Real”ında çıxış edib.