Efe Akman “Qalatasaray”la vidalaşdı – Yeni klubu rəsmən açıqlandı

10:47 - 02 Sentyabr 2025

Efe Akman “Qalatasaray”la vidalaşdı – Yeni klubu rəsmən açıqlandı

Türkiyənin “Qalatasaray” klubunun gənc futbolçusu Efe Akman karyerasını İspaniyada davam etdirəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, La Liqa 2 təmsilçisi “FC Andorra” 19 yaşlı yarımmüdafiəçini transfer etdiyini rəsmən açıqlayıb. Klub Efe Akmanla 4 illik müqavilə imzalayıb.

Gənc futbolçu “Qalatasaray” azarkeşlərinin böyük ümidlər bəslədiyi oyunçulardan biri sayılırdı. O, İstanbul təmsilçisinin akademiyasında yetişmiş və 2023-cü ilin yayında əsas komandaya yüksəlmişdi.

Akmanın adı daha öncə “Xetafe” (İspaniya), “Utrext” (Niderland), “Vites” (Niderland), “Anderlext” (Belçika) və “Olimpiakos” (Yunanıstan) kimi klublarla da hallanırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az