Mourinyo bu ölkədən təkliflər alır

10:55 - 03 Sentyabr 2025

Mourinyo bu ölkədən təkliflər alır

"Fənərbaxça"dan ayrılan dünya şöhrətli məşqçi Joze Mourinyo karyerasını Rusiyada davam etdirmək niyyətindədir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin vasitəçilər üzərindən Rusiya klubları ilə ilkin danışıqlar apardığı bildirilir.

 Məlumata görə, Mourinyo Rusiyada işləmək üçün açıq olsa da, şərtləri konkret və yüksəkdir. Təcrübəli məşqçinin komandası üçün ən azı iki illik müqavilə və illik 20 milyon avro maaş tələb etdiyi qeyd olunur.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbaxça"nın UEFA Çempionlar Liqasının seçmə mərhələlərində "Benfika"ya məğlubiyyətindən sonra klubdan ayrılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az