Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Manset.az xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev (57 kq) fransalı Aleksis Renard ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi olub.
Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan yığmasının aktivində 2 qızıl və 1 bürünc medal var. Bu nəticə ilə komandamız ümumi hesabda ikinci, kişilər arasında isə birinci yerdə qərarlaşıb.