"Fənərbaxça"nın gənclər akademiyasından çıxan gənc sağ cinah oyunçusu Emirhan Arkutçu, Türkiyənin 1-ci Liqa təmsilçisi Bodrum FK ilə 3 illik müqavilə bağlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Bodrum FK-nın klub rəhbərliyi, 19 yaşlı futbolçunun transferini rəsmi olaraq açıqlayıb. Yaşıl-ağ rəngli komandanın verdiyi məlumata görə, Emirhan Arkutçu ilə 3 illik müqavilə imzalanıb.
Ötən mövsümü Menemen FK-da icarə əsasında keçirən gənc futbolçu, 2-ci Liqa komandasında 30 matçda çıxış edib. Bu müddətdə 8 qol vuran və 5 məhsuldar ötürmə edən Arkutçu, yüksək performansı ilə diqqət çəkib.
Bodrum FK, gənc oyunçunun komanda üçün əhəmiyyətli bir əlavə olacağına ümid edir.