Türkiyə klubuna böyük zərbə - Bütün oyunları qazansa belə...

17:15 - 24 Sentyabr 2025

Türkiyə klubuna böyük zərbə - Bütün oyunları qazansa belə...

Nesine İkinci Liqa təmsilçisi “Yeni Malatyaspor” ağır cəzaya görə tarixinin ən çətin günlərini yaşayır. Komanda geridə qalan 12 matçda qalib gəlsə belə, ilk yarını sıfır xalla başa vuracaq.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1986-cı ildə “Malatya Belediyespor” adı ilə qurulan və 2010-cu ildə “Yeni Malatyaspor” adlandırılan Şərqi Anadolu komandası 2017-ci ildə Super Liqaya yüksəldi və beş mövsüm Türkiyənin ən yüksək liqasında mübarizə apardı. Ancaq son illərdəki bir sıra pis nəticələr və cəzalar klubu qırmızıya sürüklədi.
Bu mövsüm Nesine İkinci Liqada keçirdiyi 5 matçda qol vura bilməyən "Malatyaspor" FİFA İntizam Komitəsi tərəfindən cəmi 36 xalla cəzalandırılıb. Mövsümə "- 6" xalla başlayan klub növbəti həftələrdə daha 30 xal itirərək, turnir cədvəlinin sonuncu pilləsinə enib. Sarı-qaralar geridə qalan 12 matçda qalib gəlsələr belə, ilk yarını sıfır xalla başa vuracaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az