"Neftçi" "Karvan-Yevlax"la heç-heçə etdi

01:30 - 28 Sentyabr 2025

\"Neftçi\" \"Karvan-Yevlax\"la heç-heçə etdi

Misli Premyer Liqasının VI turunda "Neftçi" "Karvan-Yevlax"la qarşılaşıb.


Manset.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş heç-heçə nəticələnib.

Qarşılaşmada qapılara qol vurulmayıb. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə, "Şamaxı" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az