Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.
Manset.az Trend-in məlumatına görə, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyə qalxıb.
66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60 kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.