"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında "Liverpul"la çətin oyun öncəsi mətbuatın suallarını cavablandırıb. Cəsarətli açıqlamalar verən və azarkeşlərin gücünü vurğulayan Buruk, "Evdəki bu kimi matçlarda güclü təzyiq göstərməliyik; bunu onlara hiss etdirməliyik. Bu, rəqiblərimizi təzyiq altında saxlamalı olduğumuz matçlardan biridir. Azarkeşlərimizlə buna nail olacağımızı bilirik", - deyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Liverpul" matçı öncəsi açıqlama verib.
Okan Buruk çıxışına bir neçə ay əvvəl avtomobil qəzasında dünyasını dəyişən "Liverpul"un keçmiş futbolçusu Dioqo Jotanı yad etməklə başlayıb.