Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaqdan biri dünyasını dəyişib.
Manset.az-ın əldə etdiyi məlumata görə, dəm qazından zəhərlənən, xəstəxanadan evə buraxılan 2014-cü il təvəllüdlü Gülcənnət Cəbrayılovanın vəziyyəti qəfildən pisləşib. O yenidən Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.
Aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.