Gənc futbolçu oyun zamanı zərbədən öldü

16:10 - 30 Sentyabr 2025

Gənc futbolçu oyun zamanı zərbədən öldü

İspaniyanın 3-cü regional futbol liqasında keçirilən oyun zamanı başından zərbə alan 19 yaşlı qolkiperin müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, CD Colindres-in qapıçısı Raul Ramirez sentyabrın 27-də Revilya ilə matçın 60-cı dəqiqəsində hava qarşılaşması zamanı rəqib oyunçudan aldığı zərbədən sonra huşunu itirib.

Həkimlər tərəfindən meydanda ilkin tibbi yardım alan və daha sonra təcili yardımla xəstəxanaya çatdırılan gənc qapıçını bütün səylərə baxmayaraq xilas etmək mümkün olmadığı açıqlanıb.

Kantabriya Futbol Federasiyası və CD Colinders də daxil olmaqla bir çox regional futbol klubları Ramirezin ölümü ilə bağlı başsağlığı verib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az