"Qalatasaray"ın "Liverpul"a 1:0 hesabı ilə qalib gəldiyi oyunda əvəzedici heyətlə başlayan Məhəmməd Salahın gedişi diqqət çəkib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci həftəsində Qalatasaray ilə Premyer Liqanın nəhəngləri Fənərbaxça qarşı-qarşıya gəldi .
"RAMS Park"da keçirilən qarşılaşma "Qalatasaray"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qələbə qolunu 16-cı dəqiqədə penaltidən Viktor Osimhen vurub. Bu hesabdan sonra sarı-qırmızılılar Çempionlar Liqasında ilk qələbəsini qazanaraq xallarının sayını 3-ə çatdırdılar və əldə etdikləri bir oyunla 19-cu pilləyə yüksəldilər. Bu mövsüm Çempionlar Liqasında ilk dəfə məğlub olan "Liverpul" indi üç xal və əldə etdiyi bir oyunla 16-cı yerdədir.
"Qalatasaray" Çempionlar Liqasının üçüncü həftəsində oktyabrın 22-də "Bodo/Glimt"i qəbul edəcək. Liverpul eyni tarixdə Frankfurta səfər edəcək.