"Türk komandasının nələr edə biləcəyini göstərdik" - Okan Buruk

14:26 - 01 Oktyabr 2025

\"Türk komandasının nələr edə biləcəyini göstərdik\" - Okan Buruk

UEFA Çempionlar Liqasının 2-ci turunda Galatasaray İstanbulda İngiltərənin Liverpul klubunu 1:0 hesabı ilə məğlub edərək mövsümdəki ilk qələbəsini qazandı. Oyun sonrası keçirilən mətbuat konfransında Galatasarayın baş məşqçisi Okan Buruk qələbənin əhəmiyyətindən danışdı.


Manset.az-ın türk mediasına istinadən məlumatına görə, Buruk açıqlamasında bildirib ki, yalnız qalib gəlmək deyil, göstərilən oyun və taktiki performans da yüksək səviyyədə olub:

“Çox önəmli bir gecə yaşadıq. Yalnız nəticə yox, oyunumuz da, vizual baxımdan təqdim etdiyimiz futbol da çox yaxşı idi. Erkən qol tapmaq bizim üçün üstünlük yaratdı. Qələbəni tam haqq etdik.”

Baş məşqçi azarkeşlərin dəstəyini xüsusi qeyd edərək belə deyib:“Azarkeşlərimizin yaratdığı atmosfer, komandamızla birlikdə müdafiə və hücum etmələri nəticəyə ciddi təsir göstərdi. Onlara təşəkkür edirəm.”

Komandanın ilk dəfə tam heyətlə meydana çıxdığını deyən Buruk, bu qələbənin yalnız Galatasaray üçün deyil, ölkə futbolu üçün də motivasiya olduğunu bildirib.

Galatasaray bu nəticə ilə qrupdakı iddiasını davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az