III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlara start verilib.
Manset.az Report-a istinadən xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər.
Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, işilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiya gimnastları, kişilər arasında isə Belarus, Rusiya və Azərbaycan idmançıları vəsiqə qazanıblar.
Qeyd edək ki, final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.