"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi? - REYTİNQ

09:55 - 02 Oktyabr 2025

\"Qarabağ\"ın qələbəsi Azərbaycana nə verdi? - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Kopenhagen" üzərində inamlı qalibiyyət (2:0) əldə edərək növbəti dəfə ölkəmizin xal ehtiyatını artırıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,875-ə, son 5 ildəki göstəricisi isə 22.000-yə çatıb. 

Bununla belə, Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Bir addım öndəki Serbiyanın 22.375, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə 97.116 əmsalla İngiltərə liderlik edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az