Azərbaycanın daha bir boksçusu qızıl medal qazandı-FOTO

16:20 - 05 Oktyabr 2025

Azərbaycanın daha bir boksçusu qızıl medal qazandı-FOTO

III MDB Oyunlarında oğlan boksçular arasında Azərbaycan boksçuları daha bir qızıl medal qazanıblar.


Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində Əli Abaslı Qazaxıstan təmsilçisi Ediqe Nurqoja üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl, boksçularımız Qardaş Rəhimov (46 kiloqram) və Əli Əliyev (48 kiloqram) final görüşlərində qalib gələrək Azərbaycan millisinin heyətinə qızıl medal yazdırıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az