"Sevilya" "Barselona"ya QALİB GƏLDİ 

23:40 - 05 Oktyabr 2025

\"Sevilya\" \"Barselona\"ya QALİB GƏLDİ 

Futbol üzrə İspaniya çempionatının 8-ci turunda "Sevilya" "Barselona"nı darmadağın edib.


Manset.az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançez Pishua" stadionunda baş tutub və 4:1 hesabı ilə başa çatıb. Belə ki, 13-cü dəqiqədə Aleksis Sançes "Barselona"nın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Əsas vaxtda Markus Reşford fərqi azaldıb. İkinci hissənin 74-cü dəqiqəsində Robert Levandovski penaltini qola çevirə bilməyib. Matçın son dəqiqələrində Xose Anxel Karmona (90-cı dəqiqə) və Akor Adams (90-cı dəqiqə+ 6-cı dəqiqə) daha iki qol vuraraq yekun hesabı yekunlaşdırıblarmüəyyənləşdiriblər.

Hakim hər iki komandanın oyunçularına bir neçə sarı vərəqə göstərib. "Barselona" 62% topa sahib olsa da, üstünlüyündən istifadə edə bilməyib.

Bu qələbə ilə "Sevilya" La Liqanın turnir cədvəlində altıncı pilləyə yüksəlib, "Barselona" isə liderlərdən 4 xal geri qalaraq dördüncü pillədə qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az