"Beşiktaş" ondan açıqlama gözləyir

17:42 - 07 Oktyabr 2025

\"Beşiktaş\" ondan açıqlama gözləyir

Türkiyə millisi FIFA 2026 Dünya Çempionatının seçmə mərhələsində 11 oktyabrda səfərdə Bolqarıstanla, 14 oktyabrda isə evdə Gürcüstanla qarşılaşacaq.


Manset.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella 27 nəfərlik heyəti açıqladıqdan sonra "Beşiktaş" cəbhəsindən narazılıq səsləri yüksəlib.

"Beşiktaş" – "Qalatasaray "derbisindəki çıxışı ilə alqış toplayan Emirhan Topçunun komandaya dəvət olunmaması qara-ağlı camiada narazılığa səbəb olub.

"Beşiktaş" klubunun, Emirhanın milliyə niyə çağırılmadığı ilə bağlı açıqlama gözlədiyi qeyd olunub.

24 yaşlı müdafiəçi bu mövsüm Beşiktaş forması ilə 9 oyunda iştirak edib və 766 dəqiqə meydanda olub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az