"Qarabağ"ın İspaniyaya səfər proqramı bəlli oldu - Kluba 600 bilet ayrıldı

12:26 - 20 Oktyabr 2025

\"Qarabağ\"ın İspaniyaya səfər proqramı bəlli oldu - Kluba 600 bilet ayrıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.


Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.

Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşqi təşkil olunacaq.

Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az