"Qalatasaray"ın futbolçuları ilə bağlı gündəmi sarsıdan İDDİA

11:20 - 12 Dekabr 2025

\"Qalatasaray\"ın futbolçuları ilə bağlı gündəmi sarsıdan İDDİA

İstanbul Cumhuriyyət Prokurorluğu mərc və şikə (oyunların nəticəsinin qanunsuz şəkildə dəyişdirilməsi) araşdırması çərçivəsində "Qalatasaray"lı futbolçular Barış Alper Yılmaz və Abdülkerim Bardakcı haqqında araşdırma başladıldığı iddialarını təkzib edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq, "Futbolda mərc və şikə araşdırması çərçivəsində, Qalatasaraylı Barış Alper Yılmaz və Abdülkerim Bardakcı haqqında araşdırma başladıldığı" şəklində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Türk futbolunu yaxından maraqlandıran bahis araşdırması ilə əlaqəli gündəmə gələn iddialara dair İstanbul Cumhuriyyət Prokurorluğundan açıqlama verilib. Araşdırma çərçivəsində Galatasaraylı futbolçular Barış Alper Yılmaz və Abdülkerim Bardakcı haqqında araşdırma başlatıldığına dair yayılan xəbərlərin doğru olmadığı qeyd edilib.

Qeyd edək ki, bəhs əməliyyatı çərçivəsində həbs olunan Galatasaraylı futbolçu Metehan Baltacıya aid olduğu iddia edilən və "Eren, Apo və Barış'dan silib mənə əlavə etdilər" ifadələrinin yer aldığı mesajdan sonra, Abdülkerim Bardakcı ilə Barış Alper Yılmazın da araşdırma çərçivəsinə alındığı iddia edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az