"Qalatasaray"da oynayan və müqaviləsi hələ uzadılmayan Mauro İkardiyə iki klubun maraq göstərdiyi bildirilib. Argentina millisinin ulduzunun ayrılma ehtimalı sonrası, sarı-qırmızı komandada hücumçu axtarışları başlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray"da ardıcıl qazandığı çempionluqların əsas simalarından olan Mauro İkardi, yaşadığı zədələr səbəbindən artıq diqqətdən düşüb. Sarı-qırmızı komanda ilə müqaviləsi başa çatacaq olan ulduz futbolçuya maraq göstərən klubların olduğu məlum olub.
"Qalatasaray"a transfer olduğu ilk dövrdə göstərdiyi performansla azarkeşlərin sevgisini qazanan və krallıq tacını taxan Mauro İkardi, keçən mövsüm yaşadığı zədə ilə hər şeyin dəyişməsinə səbəb olub. Mövsümün sonunda müqaviləsi bitəcək Argentina millisinin oyunçusu, "İkardini bir neçə ay daha komandada saxlayacaqsınız. Ləzzətini çıxarın, çünki sonra mənim üçün darıxacaqsınız" - deyərək gələcəyi ilə bağlı ilk siqnalını verib.