Braziliyanın "Fluminense" klubunun müdafiəçisi Tyaqo Silva karyerasının gələcək planlarını açıqlayıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, “France Football” nəşrinə müsahibə verən təcrübəli futbolçu gələcəkdə sabiq komandası olan PSJ klubunu çalışdırmaq istədiyini bildirib:
“Məşqçi olduqdan sonra çıxış etdiyim bütün klublara rəhbərlik etmək hədəfim var. Bu səbəbdən bir gün PSJ-ni çalışdırmağın mənim üçün xüsusi yeri olacaq".
Bununla yanaşı, braziliyalı futbolçu bütün bunlardan öncə futbolçu karyerasını layiqli şəkildə tamamlamaq istədiyini vurğulayıb. Eyni zamanda mətbuatda yayılan məlumatlara görə, Silva ailəsinin İngiltərədə yaşaması səbəbindən karyerasının son dövrünü Avropada keçirmək variantını da nəzərdən keçirir.